Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Həkim xəbərdarlıq etdi: yaş öskürəyi boğmaq təhlükəlidir

Orkhan Ali 17 Oktyabr 2025 - 09:23 (Last updated: 17 Oktyabr 2025 - 07:01)
oskurek

Pulmonoloq Andrey Malyavin öskürəyin düzgün müalicə qaydalarını açıqlayıb

Payız mövsümünün başlaması ilə soyuqdəymə və tənəffüs yolu infeksiyalarının sayı artır, bu isə çox vaxt öskürəklə müşayiət olunur. Rusiya Səhiyyə Nazirliyinin Mərkəzi Federal Dairə üzrə baş pulmonoloqu, professor Andrey Malyavin öskürəklə mübarizədə yol verilən əsas səhvləri açıqlayıb.

AzPost xəbər verir ki, həkimin sözlərinə görə, əgər öskürək bəlğəmlidirsə, onu boğmaq yolverilməzdir. Çünki bu zaman bəlğəm ağciyərlərdə yığılıb qalır və iltihaba səbəb ola bilər. Əgər öskürək quru xarakter daşıyırsa, o zaman onu azaldan preparatlar istifadə oluna bilər.

“Yaş öskürək zamanı ən düzgün seçim mukolitik preparatlardır. Onlar bəlğəmi durulaşdırır, orqanizmdən çıxmasını asanlaşdırır, lakin onun miqdarını artırmır”, – deyə həkim qeyd edib.

Malyavinin sözlərinə görə, bəzi insanlar özbaşına müalicəyə üstünlük verərək, qlitsirriz (şamlıq otu), altey kökü və ya digər xalq vasitələrindən istifadə edir, lakin bu, bəzən vəziyyəti ağırlaşdıra bilər:
“Əksər bitki mənşəli dərmanlar əslində qusdurucu təsirə malikdir. Ona görə də həkimlə məsləhətləşmədən belə vasitələrdən istifadə etmək düzgün deyil.”

Pulmonoloq həmçinin vurğulayıb ki, quru öskürək zamanı narkotik təsirə malik olmayan, asılılıq yaratmayan müasir öskürəkəleyhinə dərmanlar seçilməlidir. Onlar yalnız çox güclü, narahatlıq yaradan hallarda istifadə edilməlidir.

Mütəxəssis xəstələri özbaşına dərman qəbul etməməyə, öskürəyin səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etməyə çağırıb.

AzPost.az

Post navigation

Previous: “Sistem xətası” bəhanəsi ilə artıq pul alırlar?
Next: Bankın “qara siyahısı”ndan necə çıxmaq olar?

Oxşar xəbərlər

sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
varli esas
  • Maraqlı

Sabit işi olmayanlar necə varlana bilər? – Maliyyə azadlığına aparan 4 addım

User 13 Noyabr 2026 - 19:14
kabab qadın esas
  • Maraqlı

Ət yeyən qadınlar 100 il yaşayır – Alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 17:44

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.