HƏMAS-ın hücumundan sonra ölən israillilərin sayı 900-ə çatıb

HƏMAS-ın hücumundan sonra ölən israillilərin sayı 900-ə çatıb.

Bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.

Qeyd edək ki, 7 oktyabr səhər saatlarından etibarən HƏMAS təşkilatının Qəzza zolağındakı qüvvələri tərəfindən İsrail ərazisi raket atəşinə tutulur.

İsrail hökuməti ölkədə müharibə vəziyyəti elan edib və orduya lazımi cavab tədbirləri həyata keçirmək tapşırığı verilib.

Hazırda şiddətli döyüşlər davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.