“HƏMAS yaraqlıları onlarla uşağı öldürüb və başlarını kəsib”- İsrail ordusunun sözçüsü

“HƏMAS yaraqlıları İsrailə hücum zamanı onlarla uşağı öldürüb və başlarını kəsiblər”.

Azpost.info xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus bildirib.

“Uşaqların öldürülməsi ilə bağlı bu xəbərləri yoxlamaq bir qədər vaxtımızı apardı və hətta HƏMAS-ın belə bir vəhşi hərəkət edə biləcəyinə inanmaq çətin idi”, – Konrikus deyib.

Sübut kimi o, məhkəmə ekspertindən alınan məlumatlara istinad edib: “Biz indi əminliklə deyə bilərik ki, məhz HƏMAS bunu etdi… Hər yerə səpələnmiş, təhqir edilmiş cəsədlər var idi”.

Azpost.info

Əvvəlki məqalə

ABŞ müttəfiqlərini Rusiyanın dondurulmuş aktivlərini Kiyevə köçürməyə çağırıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Qırğızıstana səfərə gedib