“Hər şey indi başlayır” –

Tramp tərəfdarlarına müraciət etdi
08 Yanvar 2021 - 11:00

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Konqres tərəfindən seçki nəticələrinin təsdiqlənməsindən sonra tərəfdarlarını “hər şeyin indi başladığına” əmin edib.

Bu barədə dövlət başçısının “Twitter” hesabında yayımlanan videomüraciətində qeyd olunub. “Ölkəmizin vətəndaşlarına: sizə prezident postunda xidmət etmək şərəf idi. Mənim bütün möhtəşəm tərəfdarlarıma: bilirəm ki, məyus olmusunuz, ancaq həmçinin, istəyirəm biləsiniz ki, bizim inanılmaz səyahətimiz indi başlayır”, – deyə D.Tramp bildirib.