Hərbçilər “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

SƏRƏNCAM
24 İyun 2021 - 14:48

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər:

Təltif olunanların siyahısı