Hərbi Akademiyanın rəisi Türkiyə Milli Müdafiə Universitetinin rəhbərliyi ilə görüşüb –

FOTO
26 Oktyabr 2021 - 13:26

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə NazirliyindənAPA-ya verilən məlumata görə, görüşdə ölkələr arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğu bildirilərək, hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivləri müzakirə edilib. Gələcəkdə qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımların atılacağı vurğulanıb.
Qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında brifinq təqdim olunub.