Hərbi prokurorluğun 19 əməkdaşı məsuliyyətə cəlb olunub –

1 işçi prokurorluq orqanlarından qovulub
21 Yanvar 2021 - 16:18

Xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Hərbi Prokuror Xanlar Vəliyev kollegiya iclasında bildirib.

O qeyd edib ki, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan edilib.(APA)