Hərbi prokurorun müavini işdən çıxarılıb- Sumqayıta yeni hərbi prokuror təyin edilib

Hərbi prokurorluq
Hərbi prokurorluq

Respublika hərbi prokurorunun müavini işdən azad olunub.

AzPost-un xəbərinə görə, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, hərbi prokurorun müavini Mehdi Hüseynzadə vəzifəsindən azad edilib.

Bu vəzifənin icrası Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi Nihad Şıxəliyevə həvalə olunub.

Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt Hərbi prokuroru təyin edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.