“Həsən bəy Zərdabinin heykəlini oradan götürün…” –Anardan müraciət

“İndi Həsən bəy Zərdabi orda restoranın qapıçısı kimi görünür“.
 
Bu sözləri yazıçı Anar Rzayev Milli Məclidsdə çıxışı zamanı deyib.
“İçəri Şəhərdə ensklopediyanın binası yerləşir. İndi o binanın bir mərtəbəsini restoran ediblər. Orda ensklopediya olanda haqlı olaraq binanın önündə Həsən bəy Zərdabinin heykəli qoyulmuşdu. İndi Həsən bəy Zərdabi restoranın qapıçısı kimi görünür. Restorana girənlər baxırlar bu kimdir?”
Xalq yazıçısı təklif edib ki, həmin heykəl Şəhriyar klubu ilə üzbəüz Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülsün:
“Azərbaycanda heykəl köçürmək ənənəsi var. Eyni addım Həsən bəy Zərdabın heykəli üçün də tətbiq olunarsa, bu həm ona olan hörmətimizi nümayiş etdirər, həm də ədalətli bir yanaşma olar ki, mədəniyyət və maarifin simvolu olan bu böyük şəxs restoranın qapısında oturmayıb”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.