Həbib Nurməhəmmədov Castin Qetjini məğlub etdi –Karyerasını bitirdiyini açıqladı (FOTO)

MMA üzrə UFC-254 turniri başa çatıb.
 
Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan yarışda 12 döyüş baş tutub.

Gecənin əsas qarşılaşması yüngül çəki dərəcəsində keçirilib. Bu çəkidə UFC-nin çempionu rusiyalı Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qetjini sınağa çəkib. Nurməhəmmədov 2-ci raundun 2-ci dəqiqəsində boğucu fəndlə rəqibi təslim olmağa vadar edib. Rusiyalı bununla UFC çempionu titulunu qoruyub.

Qeyd edək ki, bunadək MMA-da 28, UFC-də 12 döyüşə çıxan Həbib bütün qarşılaşmalarda qələbə qazanıb. Ümumilikdə 22 qələbə və 2 məğlubiyyəti olan Castin UFC-də 7 döyüşdən beşində qalib gəlibsə, digərlərində uduzub.

“Bu gün demək istəyirəm ki, bu, mənim son döyüşüm idi”.

Bunu MMA döyüşü üzrə UFC çempionu Həbib Nurməhəmmədov deyib.

Yüngül çəkidə çıxış edən rusiyalı UFC-254-də ABŞ idmançısı Castin Qetjiyə qalib gəldikdən sonra karyerasını bitirdiyini açıqlayıb: “İstədiyim yeganə şey çəkidən asılı olmayaraq 1-ci olmaqdır. Mən bunu haqq etdim. 29 qələbə və bir dənə də olsun məğlubiyyət yoxdur. Promouşenin rəhbərliyinə, hamıya təşəkkür edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bayraktar” PUA-larının yaradıcısı Qarabağa dəstək verdi:

Sonrakı məqalə

Cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vurulub –