Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək

Həcc ziyarəti
Həcc ziyarəti

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək.

Bu barədə APA-ya QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“178 nəfərlik ikinci zəvvar qrupu sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək. Zəvvarlar 4 qrupa bölünüb. İlk qrup 43, digərləri 45 nəfərdən ibarətdir”,- o bildirib.

Həmçinin o qeyd edib ki, hazırda ilk zəvvar qrupu miqat üçün Cöhfədədir. Onlar vacib sözləri deyərək ehram bağlayacaqlar.

Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.