“Həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik” –Şeyxülislam

“Bu il biz iki bayramı – həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik. Şükür olsun Tanrıya ki, bu günü bizə qismət etdi”.

bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazında çıxışı zamanı deyib.

QMİ sədri işğal olunmuş torpaqların azad olunmasında göstərdiyi sərkərdəliyə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib.

“Şuşaya gedəndə yolda fikirləşirdim ki, biz nələri itirmişik. Bütün Ağdam torpağı yerlə-yeksan edilib. Məscidlərin, minarələrin içinə elə sözlər yazıblar ki… Biz bu gün o ərazilərə gedə bilirik. Bu gün bizim borcumuz ondan ibarətdir ki, Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyək. Qazilərimizə də şəfa diləyirik”, – deyə A. Paşazadə vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir