Həmas hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bir neçə gün əvvəl Tehrana səfər edib.
Azpost.info bildirir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
İsmayıl Haniyə İranın ali dini lideri Əli Xamneyi ilə görüşüb.
“Siyasi Büronun rəhbəri İsmayıl Haniyə bir neçə gün əvvəl Tehrana səfər edib və burada inqilabın lideri Əli Xamneyi ilə görüşüb”, – deyə məlumatda vurğulanır.