“Rusiya ilə həmsərhəd ölkələr vahid ticarət blokadası tətbiq etməlidirlər”.
Azpost.info xəbər verir ki, bunu Estoniya Baş naziri Kaya Kallas bildirib.
Onun sözlərinə görə, söhbət ilk növbədə Polşa, Litva, Latviya və Finlandiyadan gedir. Çünki bu ölkələrlə sərhəddən sanksiyaya məruz qalan mallar Rusiyaya daxil ola bilər.
“Estoniya müharibənin əvvəlindən bu mövqeyini qoruyub və inanmaqda davam edir ki, ticarət blokadası üçün ümumavropa sazişi bağlamağa ehtiyac yoxdur. Vizalarla etdiyimiz kimi, mallarla da eyni şeyi edə bilərik”, – Kallas qeyd edib.
Azpost.info