Hərbi attaşelər Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olublar- FOTO

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət ediblər.

Azpost.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə 12 ölkədən 15 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib.

Ziyarətçilərə brifinq təqdim olunub. Brifinqdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi, cari fəaliyyət istiqamətləri, əməkdaşlıq sahələri və perspektiv planları barədə məlumatlar verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlar limanın ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.