Hərraca çıxarılacaq dövlət əmlaklarının siyahısı açıqlanıb

Əmlak Məsələləri Dövlət Xidmətinin növbəti hərraclarına 43 əmlak çıxarılıb.

Fevralın 9-da keçiriləcək hərraca “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının balansında olan 1 fərdi yaşayış evi, 2 torpaq sahəsi və 8 qeyri-yaşayış sahəsi çıxarılacaq.

Fevralın 13-də keçiriləcək hərraca isə 32 nəqliyyat vasitəsi çıxarılacaq. Nəqliyyat vasitələri əsasən Rusiya, Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1980-2014-cü illəri əhatə edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.