Həbsdə olan jurnalist Şəmşad Ağaya anasının dəfnində iştirakına icazə verilib

“Meydan TV” işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Vəkil Cavad Cavadlının verdiyi xəbərə görə, təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.

Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.