Hərbi prokurorun yeni müavini təyin olunub

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsinə təyin olunub.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təqsdiqləyiblər.

Bundan başqa, ədliyyə polkovnik-leytenantı Samir Qarabəyli Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəi müavini təyin edilib.

Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.