Hacı Əliyev yarımfinala çıxdı –

YENİLƏNİB
06 Avqust 2021 - 07:56

Sərbəst güləşçimiz Hacı Əliyev də yarımfinala vəsiqə qazanıb.

O, ikiqat dünya mükafatçısı, üçqat Asiya çempionu Dövlət Niyazbəyova (Qazaxıstan) 9:1 hesabı ilə qalib gəlib.

**

Azərbaycanın daha bir sərbəst güləşçisi, Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

65 kq-da çıxış edən idmançımız 1/8 final mərhələsində səkkizqat Afrika çempionu Adama Diatta (Seneqal) ilə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Dövlət Niyazbəyov (Qazaxıstan) olacaq.