Gəncənin Hacıkənd qəsəbəsinə yağan güclü qar bir sıra problemlərə yol açıb. Hacıkənddə qar qəzaya səbəb oldu.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəsəbədə yolun qarla örtülməsi səbəbindən “VAZ 21 07” markalı avtomobil sürüşərək dərəyə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda Gəncə-Toğanalı-Kəlbcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb. Hacıkənddə qar qəzaya səbəb oldu və avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb.