Hacıqabul Mərkəzi Xəstəxanasının şöbə müdiri barəsində cinayət işi başlanıb

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum Şöbəsinin müdiri Rəfiqə Həmzeyava barəsində cinayət işi başlanıb.

Şöbə müdiri Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. Həmzeyeva ilə birlikdə daha bir şəxs – Hacıqulu Həmidov da eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İş üzrə zərərçəkmiş şəxs qismində isə Reyhan Bəşirova tanınıb.

Təqsirləndirilən şəxslər barəsində cinayət işinin istintaqı başa çatdırılıb, baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Həmid Əzizovun icraatına verilib.

Qeyd edək ki, Rəfiqə Həmzeyava 2010-cu ildə keçirilən parlament seçkilərində 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizəd olub. Həmin dairədən parlamentə Rəfail Hüseynov deputat seçilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müəllimlərin vaksinasiyası məcburi olmayacaq –

Sonrakı məqalə

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və DİN birgə məlumat yayıb