Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və DİN birgə məlumat yayıb

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bu barədə Naxçıvanın Bakıdakı daimi nümayəndəliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, 2021-ci il yanvarın 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsi prosesi 2021-ci il 15 fevral tarixinədək uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hacıqabul Mərkəzi Xəstəxanasının şöbə müdiri barəsində cinayət işi başlanıb

Sonrakı məqalə

Xırdalanda evin dağıntıları altında qalanların olduğu ehtimalı var –