Hacıqabulda kəndlərə sel gəldi, evləri su basdı –VİDEO

sel
sel

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

AzPost “Report”a istinadən xəbər verir ki, rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.

Görüntüləri təqdim edirik:

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.