Haiti Prezidenti və həyat yoldaşı sui-qəsd nəticəsində öldürülüb –

YENİLƏNİB
07 İyul 2021 - 16:54

Haiti Prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Martine Mouse də sui-qəsd nəticəsində aldığı yaralardan ölüb.

APA-nın xəbərinə görə, bu barədə Haiti mətbuatı məlumat yayıb.

Bildirilib ki, o, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Haiti Prezidenti Xovenel Moise və həyat yoldaşına iqamətgahında sui-qəsd olub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.