Haiti prezidentinin qətlinin təşkilatçısının adı açıqlanıb

09 İyul 2021 - 23:36

Haiti Prezidenti Jovenel Moizə edilən sui-qəsdlə əlaqədar iki Haiti-ABŞ vətəndaşları nəzarətə alına alınıb.

Bu barədə “New York Times” qəzeti məlumat dərc edib.

Bildirilir ki, həbs edilənlərin – Ceyms Solaj və Jozef Vinsanın iddialarına görə, hücumun əsas təşkilatçısı “Mayk” ləqəbli əcnəbidir. Onun ispan və ingilis dillərini bildiyi vurğulanıb.

Qəzetin yazdığına görə, bu məlumatı haitili hakim Kleman Noel ABŞ vətəndaşları ilə görüşü zamanı bildirib.

Xatırladaq ki, iyulun 6-dan 7-nə keçən gecə Haiti Prezidenti Jovenel Moiz və həyat yoldaşına iqamətgahında sui-qəsd olunub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.(APA)