Türkiyənin xarici işlər naziri Hakan Fidan İran, ABŞ və İsrail arasındakı müharibəyə son qoymaq üçün atılacaq addımları iranlı və misirli həmkarları, eləcə də ABŞ və AB rəsmiləri ilə müzakirə edib.
Azpost.info bildirir ki, bu barədə Reuters agentliyi Türkiyənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Fidan İranın xarici işlər naziri Abbas Əraqçi, Misir xarici işlər naziri Bədr Əbdüllətti, AB xarici işlər naziri Kaya Kallas və ABŞ rəsmiləri ilə ayrıca telefon danışıqları aparıb.
Mənbə bu danışıqlar barədə əlavə məlumat verməyib.