Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Hakan Fidan Azərbaycana gəlir –

User 14 Sentyabr 2026 - 14:19 (Last updated: 14 Sentyabr 2026 - 15:00)
hakan fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15–16-da Azərbaycana səfər edəcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlığın inkişafı, müdafiə sənayesi, enerji və nəqliyyat layihələri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.

Anadolu Agentliyinin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, Fidan səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli və geniş tərkibdə görüşlər keçirəcək.

Türkiyəli nazirin Azərbaycanın müdafiə naziri Zakir Həsənovla da görüşü nəzərdə tutulur.

Bundan əlavə, Hakan Fidanın Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir.

15 milyard dollarlıq ticarət hədəfi

Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakterinin daha da inkişaf etdirilməsi əsas mövzulardan biri olacaq.

Hakan Fidan iki ölkə arasında əməkdaşlığın əldə etdiyi səviyyədən məmnunluğu ifadə edəcək və dövlət başçıları tərəfindən müəyyən edilmiş qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəfinə nail olmaq üçün işlərin sürətləndirilməsinin vacibliyini vurğulayacaq.

Birgə layihələr, enerji və nəqliyyat məsələləri də danışıqların gündəliyində olacaq.

Müdafiə və təhlükəsizlik məsələləri

Türkiyə və Azərbaycanın müttəfiq dövlətlər kimi müdafiə sənayesi, təhlükəsizlik və hərbi sahələrdə davam edən əməkdaşlığına da xüsusi diqqət yetiriləcək.

Tərəflərin çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparacağı bildirilir.

Fidanın Azərbaycanın tərəfi ilə TDT-nin qarşıdakı 13-cü Zirvə görüşünü, eləcə də Türkiyənin iştirakı ilə keçiriləcək COP31-i müzakirə edəcəyi gözlənilir.

Azərbaycan-Ermənistan sülh prosesi də gündəmdə olacaq

Danışıqların mühüm mövzularından biri Azərbaycan-Ermənistan sülh prosesi olacaq.

Hakan Fidanın Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması üçün tarixi imkan yarandığını vurğulayacağı gözlənilir.

Türkiyə tərəfi iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini bir daha bildirəcək və əldə olunmuş irəliləyişə müsbət qiymət verəcək.

Bununla yanaşı, Fidan Azərbaycanın Qarabağda infrastrukturun bərpası, enerji və ticarət marşrutlarının inkişaf etdirilməsi, həmçinin regionda əlaqəliliyin gücləndirilməsi istiqamətində səylərinə dəstəyini ifadə edəcək.

Görüşlər zamanı regional və beynəlxalq gündəmin aktual məsələləri üzrə də fikir mübadiləsi aparılacaq.

 

AzPost.az

Post navigation

Previous: Mercedes-in Bakı təmsilçisinin oğlunun qətli –
Next: Alimlər ömrü 11 il uzada bilən 5 amili açıqladı –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.