Hakan Fidan Blinkenlə sülh sazişi prosesini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə Azərbaycan-Ermənistan normallaşma və sülh sazişi prosesini müzakirə edib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Biz Türkiyə olaraq iki ölkə arasında sülh sazişini prosesini dəstəklədiyimizi və bunun reallaşması üçün hər cür səy göstərdiyimizi söylədik. Onlar da bu məsələdə həmfikirdirlər. Normallaşmanın olması bölgənin xeyrinədir. Biz bunun baş verəcəyini düşünürük”, – deyə qeyd olunub.

Əvvəlki məqalə

Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Prezident İlham Əliyevə zəng edib

Sonrakı məqalə

“Trampın seçkilərdə qələbəsi ABŞ üçün təhlükələr yaradır” –