Hakan Fidan Blinkenlə danışıb- Nələr müzakirə olunub?

Vaşinqtonun xahişi ilə Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Bu gün xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Söhbət Blinkenin xahişi ilə baş tutub. Danışıqlar zamanı Cənubi Qafqazda baş verən hadisələr, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi, Qara dəniz taxıl təşəbbüsünün bərpası, Qara dənizin təhlükəsizliyi, həmçinin NATO-nun genişlənməsi müzakirə olunub”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.