Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənəblərdən bildirilib.
Hakan Fidan və Mark Rütte Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq səylərini müzakirə ediblər.
Söhbət zamanı 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitinə hazırlıq məsələləri də müzakirə olunub.