Hakan Fidan: İsrail qeyri-sabitlik yaradan siyasətlərdən əl çəkməlidir

Fidan
Fidan

“İsrail yolun başlanğıcındaykən qeyri-sabitlik yaradan siyasətlərdən əl çəkməlidir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Bu elə bir vəziyyətdir ki, hər kəs atəşə atılır. Beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ, Avropa Birliyi və region ölkələri böyük həssaslıq nümayiş etdirməli və İsrailə dayanmasını söyləməlidir”, – Fidan qeyd edib.

O qeyd edib ki, əks halda regionda arzuolunmaz nəticələr yaranacaq.

H. Fidan, həmçinin, Suriyanın Süveya bölgəsində toqquşmaları şərh edərək, “YPG-nin aktivliyi ilə bağlı xəbərlər də alırıq. Onlara mesajımız budur ki, buradakı qarışıqlıqdan istifadə edib arzuolunmaz vəziyyətə düşməyin. Suriyadakı kritik və həssas prosesi daha da problemli hala gətirməyin. Konstruktiv rol oynayın. Əks halda, böyük risklər yarana bilər” deyə vurğulayıb.

XİN rəhbəri Türkiyənin parçalanmış Suriya faktorunu qəbul etməyinin mümkün olmadığını da əlavə edib:

“Ümid edirəm ki, səssizlik və atəşkəs dövrünə girəcəyik”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.