Hakan Fidan və Blinken Bakı İrəvan arasında sülh sazişini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

“Anadolu” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X sosial şəbəkəsində məlumat verib.

Söhbət zamanı Qəzza zolağında son vəziyyət, Livanda baş verən hadisələr və Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş müzakirə olunub.

“Noyabrın 12-də axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Söhbət zamanı nazirlər Qəzzadakı vəziyyəti, Livandakı hadisələri və Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişi müzakirə ediblər”, – deyə mətbuat katibi bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.