Hakerlər Rusiyanın MAX rəsmi mesaj tətbiqini ələ keçiriblər –15 milyon istifadəçinin hesabları açılıb

Rusiyanın milli MAX hökümət mesaj tətbiqi haker hücumuna məruz qalıb.

AzPost bildirir ki, 15,4 milyondan çox istifadəçinin məlumatları hakerlərin əlinə keçib. Sızıntıya tam adlar, telefon nömrələri, ünvanlar, parol heşləri, metaməlumatlar, sessiya tokenləri və arxa mənbə kodu daxil olub. Sızdırılan məlumatların ümumi həcmi 142 giqabayt olub.

Hakerlər sübut olaraq Dövlət Dumasının deputatı Brıkinin məlumatlarını dərc ediblər. Hakerlər məlumatlar üçün pul tələb edir və 24 saat ərzində onları dərc etməyə başlayacaqları ilə hədələyirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.