ABŞ Prezidenti Donald Tramp ABŞ-ın hazırda İranla danışıqlar apardığını açıqlayıb.
“Bəli, hazırda onlarla danışıqlar aparırıq” -deyə Tramp Ağ Evdə keçirilən mərasimdə mətbuatın sualına cavab olaraq təsdiqləyib.
Fevralın 1-də İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqtonun ədalətli nüvə razılaşmasına tez bir zamanda nail ola biləcəyini bildirib.
Bir gün əvvəl İranın Ali Liderinin müşaviri admiral Əli Şəmxani Tehranın ABŞ-ın qarşılıqlı addımları müqabilində nüvə gərginliyini azaltmağa hazır olduğunu açıqlayıb. O, Vaşinqton güzəştə getməyə hazır olduğunu nümayiş etdirərsə, İranın uran zənginləşdirmə səviyyəsini hazırkı 60%-dən 20%-ə endirməyi düşündüyünü deyib.
O, həmçinin İranın nüvə proqramının yalnız dinc xarakter daşıdığını və uranın 60%-ə qədər zənginləşdirilməsinin milli təhlükəsizliyin gücləndirilməsi və beynəlxalq ictimaiyyətlə gələcək dialoq üçün danışıqlar mövqeyinin yaradılması məqsədinə xidmət etdiyini bir daha vurğulayıb.
Danışıqlar Omanda aparılır.