“Hamı mənə qol vurur, qurumları çağıraq, bütün suallara aydınlıq gətirək” –

Musa Quliyev qanuna etiraz edən həmkarlarına müraciət etdi
11 İyun 2021 - 13:49

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deputatların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikləri tənqid etməsinə münasibət bildirib.

M. Quliyev qeyd edib ki, bura Milli Məclisdir, kim istəyər qanuna səs verər, kim istəməz səs verməz: “Elə təsəvvür etdim ki, burada tək qapıya futbol oynayırıq, mən qapıçıyam, hamı da mənə qol vurur. Onu demək istəyirəm ki, belə deyil, hörmətli həmkarlar. Yenə də spiker Sahibə xanımın təklifinə qatılıram. Gələn həftə çox genişləndirilmiş komitə iclası keçirək, əlaqədar qurumları çağıraq və bütün suallara aydınlıq gətirək”.

Qeyd edək ki, qanuna dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən layihə ilə bağlı kəskin tənqidlər səsləndirilib, 10 deputat layihənin ikinci oxunuşda qəbulunun əleyhinə səs verib.(APA)