Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Hansı növ süd ürək üçün daha zərərlidir?

Orkhan Ali 01 Dekabr 2025 - 14:30 (Last updated: 01 Dekabr 2025 - 10:42)
Süd

Süd

Südün tərkibindəki yağ miqdarı ürək və qan damarlarının sağlamlığına birbaşa təsir göstərir. AzPost Sports.kz-yə istinadla xəbər verir ki, dietoloq və qastroenteroloq Nuriyə Diyanova yüksək yağlı südün ürək xəstəlikləri ilə bağlı riskləri artıra bildiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, Norveçdə aparılan geniş araşdırma südün yağlılıq dərəcəsinin sağlamlığa təsirini açıq şəkildə göstərib. Tədqiqat nəticələrinə əsasən, ümumi süd istehlakının çox olması həm ürək-damar xəstəlikləri, həm də ümumi ölüm riski ilə əlaqələndirilib. Xüsusilə 3,8 faiz yağlılıqda olan tam südün istifadəsi iskemik ürək xəstəliyi və ümumi ölüm göstəricilərini artırır.

Araşdırma göstərib ki, bu mənfi təsirlər qadınlarda daha qabarıqdır və tam südün gündəlik qəbulunun hər 100 qram artırılması ürək-damar mənşəli ölüm riskini yüksəldir.

Bunun əksinə olaraq, 0,5 faiz yağlılıqda olan yağsız süd daha təhlükəsiz hesab olunur. Məlum olub ki, belə südün istehlakı ürək-damar xəstəlikləri və kəskin miokard infarktı nəticəsində ölüm riski ilə tərs əlaqəyə malikdir, xüsusilə də qadınlarda.

Diyanova bildirib ki, ürək və damar sağlamlığını qorumaq üçün tam südü yağsız və ya az yağlı (1,5 faiz yağlılıqda) süd ilə əvəz etmək daha məqsədəuyğundur.

Onun sözlərinə görə, bitki mənşəli südlər də alternativ kimi istifadə oluna bilər. Mütəxəssis əvvəlcə yağsız südü bitki mənşəli süd ilə qarışdıraraq keçid etməyi, daha sonra isə tamamilə bitki əsaslı variantlara yönəlməyi məsləhət görür.

Südü pəhrizdən tam çıxaranların isə kalsium mənbələrini unutmaması vacibdir. Bu baxımdan küncüt, müxtəlif çərəzlər, toxumlar və xumus kimi məhsullar uyğun seçim ola bilər.

AzPost.az

Post navigation

Previous: Pensiyalar gələn il nə qədər artacaq?
Next: Umico-da “sınıq şüşə” problemi

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
ABŞ prezident administrasiyası bəyanat yayaraq bildirib ki, demokratların Donald Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində onun planlarını...
Read more about Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”
5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir? burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00
Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi? abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.