Hansı xəstəliyi olanlara qarpız yemək olmaz? –HƏKİM RƏYİ

Həkimlər bu xəstəlikləri olan şəxslərə qarpız yeməməyi tövsiyə edir. 

Azpost.info bildirir ki, Rusiyanın LabQuest tibb şirkətinin həkim-eksperti Vera Serejina qarpızdan kimlərin imtina etməsinin vacib olduğunu açıqlayıb.

Onun sözlərinə görə, qarpız tərkibində yüksək şəkər olduğu üçün şəkərli diabet və piylənmədən əziyyət çəkən insanların sağlamlığına mənfi təsir göstərə bilər. Həkim RİAMO Agentliyi ilə söhbətində kəskin pankreatit, mədəaltı vəzin ciddi xəstəlikləri, orqanlarda daşlar, köp və ishal kimi mədə-bağırsaq problemləri olan şəxsləri qarpızdan imtina etməyə çağırıb.

Bundan əlavə, Serejina sidikqovucu təsirinə görə hamilə qadınları qarpızlarla ehtiyatlı olmağı tövsiyə edib. Həkim, gələcək analar tərəfindən meyvələrin orta dərəcədə istehlakını tövsiyə edib. “Müəyyən miqdarda qarpız yemək onlarda şişkinliyi azaltmağa və ürək yanğısını azaltmağa kömək edə bilər”- deyən mütəxəssis qarpız yeməyin başqa bir əks göstərişinin qida allergiyası olduğunu əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.