ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb.
Azpost.info xəbər verir ki, Harris bunu X sosial şəbəkəsində seçkiqabağı təbliğat-təşviqat kampaniyası ilə bağlı ilk paylaşımında bildirib.
“Mən Kamala Harrisəm və ABŞ prezidentliyinə namizəd olduğumu bəyan edirəm”, – Harris qeyd edib və amerikalıları onun seçki kampaniyasını maliyyələşdirməyə çağırıb.
“Reuters”in məlumatına görə, hazırkı prezident Co Bayden prezidentlik yarışından imtina etdikdən sonra Kamala Harris Respublikaçı Donald Trampı iki faiz qabaqlayır.
Azpost.info