Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığı yoxlanıb

User 18 Noyabr 2023 - 15:22 (Last updated: 21 May 2025 - 20:15)
655895415a042655895415a0431700304193655895415a03f655895415a040

Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb.

Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti HHM bölmələrinin praktiki döyüş atışlarını izləmək üçün təlim poliqonuna gəlib.

General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib.

Komanda-qərargah maşınında HHM bölmələrinin döyüş fəaliyyətlərinin planlaşdırılması və idarəedilməsi üzrə tapşırıqlar icra olunduqdan sonra praktiki atışlar yerinə yetirilib.

Şərti düşmənin aşkar olunan hava hədəfləri məhv edilərək qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Müdafiə naziri HHM bölmələrinin döyüş hazırlığını yüksək qiymətləndirib.

Post navigation

Previous: Baydenin nümayəndəsi bu gün Qətərə gəlir
Next: Əmək müqaviləsində 6 aylıq sınaq müddəti müəyyənləşir

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ iqtisadçısı və professor Ceffri Saksla söhbətdə Azərbaycanın enerji siyasəti, Avropa ilə...
Read more about “Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.