“Hazırda əsas məsələ neftin qiymətini aşağı salmaqdır” –Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putindən Ukraynada atəşkəs istəmək vaxtı deyil.

Bloomberg” xəbər verir ki, Tramp bunu təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Hazırda Putindən atəşkəs istəmək vaxtı deyil. Əgər məcbur olsam, sərt tədbirlər görəcəyəm”, – Ağ Ev rəhbəri qeyd edib.

Onun sözlərinə görə, hazırda əsas məsələ neftin qiymətini aşağı salmaqdır:

“Neftin qiymətləri düşsə, Rusiya ilə Ukrayna arasındakı müharibə bitəcək”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.