Hazırda Azərbaycanda referendum və ya hansısa seçkiyə hazırlıq getmir

Son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycanda bu ilin payızında referendum keçiriləcəyi, bunun ardınca isə parlamentin buraxılacağı barədə məlumatlar yayılıb.

Hökumətdəki mənbələrdən APA-ya bildirilib ki, ölkədə referendum və yaxud hansısa seçkinin keçirilməsinə hazırda heç bir hazırlıq getmir, bu məlumat həqiqəti əks etdirmir.

Hakim Yeni Azərbaycan Partiyasından da deyilib ki, hazırda partiyada hər hansı referendum və seçkinin keçirilməsi məsələsi müzakirə olunmur.

Qeyd edək ki, millət vəkilləri, o cümlədən YAP-ı təmsil edən deputatlar da ölkədə referendum keçirilməsinə və parlamentin buraxılacağına dair məlumatları təkzib edən açıqlamalarla çıxış edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sən fəxr elə ki, səni Milli Məclisin deputatı döyür” –

Sonrakı məqalə

“Eldəniz Səlimovun belə iddiasının olmasından xəbərim var” –