“Sən fəxr elə ki, səni Milli Məclisin deputatı döyür” –Eldəniz Səlimov vurduğu polisə belə deyib

Deputat Fəzail Ağamalı Milli Məclisdəki çıxışında ayrı-ayrı həmkarlarının emossional çıxışlarına reaksiya verib.

“Hadisə baş verib, qanunazidd hərəkətlər ortadadır. Milli Məclis üzvü öz səlahiyyət həddini aşıb. Polis zabitini yanına çağıraraq döyüb. Özü də polisə deyib ki, sən fəxr elə ki, səni Milli Məclisin deputatı döyüb. Belə olan halda hansı güzəştdən söhbət gedə bilər? İndi biz qəbul etdiyimiz qanunun əksinə getməliyik? Ona acımaq olar, amma cinayət faktını ört-basdır etmək olmaz”.

F.Ağamalı daha sonra bunları bildirdi: “Millət vəkillərinin nə xırdalanmamalı, nə də heç biri onun məsuliyyətini bölüşməli deyil. Bir nəfərin fərdi hərəkətinə görə biz nəyə görə utanmalı, xəcalət çəkməliyik? Səhiyyə və ya təhsil sistemində ayrı-ayrı adamlar məsuliyyətə cəlb olundu. Ona görə bütün təhsil və ya səhiyyə strukturu xəcalət çəkməlidir? Milli Məclis öz-özünü təmizləməlidir. Bizə bu cür millət vəkilləri lazım deyil!”

Deputat deyib ki, polisə əl qaldırmağın özü xüsusi olaraq məsuliyyət tələb edir: “Polis xəbərdarlıq edir ki, saat 12.00-dan sonra bu obyekt işləməli deyill. Sakitcə qapını bağla, get!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Cəmiyyət məmurun həbs edilməsinə toy-bayram kimi yanaşır” –

Sonrakı məqalə

Hazırda Azərbaycanda referendum və ya hansısa seçkiyə hazırlıq getmir