“Heç bir təhdid xüsusi əməliyyata mane olmayacaq”- Peskov Zelenskiyə cavab verdi

“Ukrayna rəhbərliyi dəfələrlə Rusiya prezidenti Vladimir Putinin həyatına sözdə qəsdlər edib”. 

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Prezident Putinə dəfələrlə Ukraynadan müxtəlif səviyyələrdə şifahi hücumlar olub. Lakin heç nə alınmayacaq”, – Peskov qeyd edib.

O əlavə edib ki, heç bir təhdid xüsusi əməliyyata mane olmayacaq.

Peskovun sözlərinə görə, xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələrinin həyata keçiriləcəyinə şübhə yoxdur.

Ukrayna prezidenti Vladimir Zelenski “The Sun”a müsahibəsində Kiyevin Rusiya liderini öldürməyə hazır olub-olmaması sualını cavablandırıb. O bildirib ki, Kiyev öz torpaqlarını istənilən yolla müdafiə etmək hüququna malikdir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.