“Heç kim Ukraynaya qoşun göndərilməsini müzakirə etmir” –Almaniya kansleri

Merz
Merz

Hazırda Qərbdə heç kim Ukraynaya quru qoşunlarının göndərilməsi imkanını müzakirə etmir.

Bu barədə Almaniya kansleri Fridrix Merts “ZDF” televiziya kanalına müsahibəsində deyib.

“Hazırda heç kim Ukraynada quru qoşunlarının olmasından danışmır”, – deyə o bildirib.

“Mən bütün bu danışıqlarda iştirak edirəm və nədən danışdığımızı bilirəm”, – deyə o, aparıcının guya “ingilislər və fransızlar bu mövzunu müzakirə edirlər” iradına cavab olaraq əlavə edib.

Onun sözlərinə görə, hazırda ilk növbədə Kiyev üçün təhlükəsizlik təminatları müzakirə olunur və bu, ilk növbədə Ukrayna Silahlı Qüvvələrinə dəstək verməyə yönəlib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.