“Heç vaxt Krımı, Donbası ələ keçirmək məqsədimiz olmayıb” –LAVROV

Lavrov
Lavrov

“Rusiya heç vaxt Krım, Donbas və ya Novorossiyanı ələ keçirməyi hədəfləməyib, əsas vəzifə rus insanlarını qorumaq olub“.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına verdiyi müsahibədə bildirib.

“Bir daha xüsusi vurğulamaq istəyirəm ki, biz heç vaxt sadəcə müəyyən torpaqları ələ keçirməkdən danışmamışıq. Nə Krım, nə Donbas, nə də Novorossiya torpaqları bizim məqsədimiz olmayıb. Məqsədimiz bu torpaqlarda əsrlər boyu yaşayan, bu torpaqları kəşv edən, onlar üçün qanını axıdan, həm Krımda, həm Donbasda Odessa, Nikolayev və digər şəhərlər, limanlar, zavodlar, fabriklər tikən rus insanlarını qorumaq olub”, — deyə nazir qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.