Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı

Həkimdən eynəklərlə bağlı XƏBƏRDARLIQ

Orkhan Ali 26 Yanvar 2025 - 16:48 (Last updated: 21 May 2025 - 20:15)
eynəklərlə bağlı XƏBƏRDARLIQ

eynəklərlə bağlı XƏBƏRDARLIQ

Həkimdən eynəklərlə bağlı XƏBƏRDARLIQ

Eynək dedikdə insanın ağlına ilk olaraq daha çox optik və yaxud gün eynəkləri gəlir. Ancaq eynəklərin müxtəlif növləri var. Son vaxtlar bəzək məqsədilə satılan şəffaf şüşəli eynəklərin istifadəsi daha da artıb. Hətta bəzi xarici onlayn alış-veriş platformalarında belə eynəklər 3-4 manata satılır.

Maraqlıdır ki, heç bir optik özəlliyi və yaxud qoruyuculuğu olmayan bu eynəklərin gözə ziyanı var?

AzPost Bizim.Media-ya istinadən xəbər verir ki, oftalmoloq Kəmalə Mustafazadə aksesuar məqsədilə taxılan bu eynəklər barədə bəzi xəbərdarlıqlar edib, önəmli məqamları açıqlayıb. O bildirib ki, bu eynəklərin gözə ziyanı olub-olmaması bəzi faktorlardan asılıdır:

“Şüşə keyfiyyətsiz və optik qüsurlu olarsa, gözləriniz yorular və baş ağrısı kimi problemlərə səbəb ola bilər. Həmişə optik dükanlardan və ya sertifikatlı istehsalçılardan alınmış keyfiyyətli eynəklərə üstünlük vermək lazımdır.

Gündəlik istifadə üçün nəzərdə tutulmuş eynəklər, xüsusilə açıq havada istifadə edilirsə, ultrabənövşəyi (UV) şüalardan qoruma təmin etməlidir. Çünki UV qorumasız eynəklər gözlərə ziyan verə bilər”.

Həkim qeyd edib ki, əgər eynəklərin şüşəsi optik keyfiyyət daşımırsa, yəni adi plastik materialdan hazırlanıbsa, görüntünü təhrif edə bilər. Bu, gözlərdə yorğunluq yaradır.

“Eynəklər üzünüzə rahat oturmalı və gözlərinizin təbii hərəkətinə mane olmamalıdır. Çox dar və ya ağır eynəklər narahatlıq yarada bilər”.

Bəs eynəyin bəzək məqsədilə taxılması düzgündürmü?

“Bəzək məqsədilə şüşə eynək taxmaq düzgündür və bu, şəxsi zövqə bağlıdır. Lakin bunun zərərsiz olması üçün keyfiyyətli şüşə materialından istifadə edilməlidir. Həmçinin gözlərdə yersiz təzyiq və ya əlavə işıq qırılmalarına səbəb olmamalıdır. Əgər gözləriniz həssasdırsa və ya artıq görmə problemləriniz varsa, uzun müddət belə eynək taxmaq məsləhət deyil”, – deyə oftalmoloq qeyd edib.

Kəmalə Mustafayeva sonda fikirlərini yekunlaşdırarkən deyib ki, belə eynəkləri təkcə gözəllik üçün deyil, həm də gözlərinizi zərərli təsirlərdən qorumaq üçün düzgün seçmək önəmlidir:

“Keyfiyyətli və təhlükəsiz məhsul seçimi hər zaman daha sağlamdır”.

Post navigation

Previous: 7 milyon insanı öldürən koronavirus: Süni şəkildə yaradılıb, amma…
Next: Meşəlik ərazidə tikintinin qarşısı alındı

Oxşar xəbərlər

beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
ilham muraciet
  • Baş Yazı

Prezident İlham Əliyev Zəfər günü münasibətilə xalqı təbrik etdi – TAM MƏTN

User 08 Noyabr 2026 - 12:31

xƏBƏR

beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  bəyanat verir.         AzPost.az
Read more about Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.