Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Meşəlik ərazidə tikintinin qarşısı alındı

Orkhan Ali 26 Yanvar 2025 - 17:12 (Last updated: 21 May 2025 - 20:15)
67927fa3b457567927fa3b4576173765417967927fa3b457367927fa3b4574

Meşəlik ərazidə tikintinin qarşısı alındı

“Sumqayıt şəhərinin Nəsimi parkında, Göyərçin abidəsi adlanan ərazinin yaxınlığında yaşıllıq sahənin hasarlanması və həmin yerdə ağacların kəsilməsi ehtimalının olması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, araşdırma zamanı sözügedən ərazinin metal lövhə ilə hasarlanması işlərinin aparıldığı təsdiqlənib:

“Hasarlanmış sahədə ağacların kəsilməsi faktı qeydə alınmayıb.

Hasarın sökülməsi üçün Sumqayıt Şəhər Nəsimi adına Mədəniyyət və İstirahət Parkının rəhbərliyinə müraciət edilib və hazırda ərazidə hasarın sökülməsi işləri aparılır”.

İradə İbrahimova həmçinin qeyd edib ki, ərazidəki mövcud yaşıllıqlar qeydə alınaraq nəzarətə götürülüb.

“Mühafizə edilməsi və onlara aqrotexniki xidmət göstərilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanacaq”, – deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən ötən gün Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, sözügedən parkda quru və təhlükəli vəziyyətdə olan ağaclarla bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Rəy əsasında həmin ağaclar ərazidən götürülür və yerində yeni ağaclar əkilir.

Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün verdiyi açıqlamadan aydın olur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin verdiyi cavab və göstərdiyi ünvan doğru deyil. Əslində, həmin ərazidə ağaclar kəsilməsə də, tikinti işləri aparılıb.

Maraqlıdır ki, İcra Hakimiyyətinin bu cür səhlənkar, dəqiq yoxlanılmayan və qeyri-peşəkar cavabı anlaşılan deyil və heç bir məntiqə sığmır.

Görünür, meşəlik ərazidə tikintinin aparılmasına göz yuman Sumqayıt Şəhər İcra Hakimiyyəti ölkəmizdə keçirilən COP29 tədbirinin mahiyyətini anlamayıb.

Post navigation

Previous: Həkimdən eynəklərlə bağlı XƏBƏRDARLIQ
Next: Tramp Qrenlandiyanı alacağına əmindir: “Danimarka verməsə…”

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  bəyanat verir.         AzPost.az
Read more about Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.