Helikopterin qəzaya uğraması səbəbi məlum oldu –

AÇIQLAMA
30 Noyabr 2021 - 16:26

““Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib”.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.

DSX-nin rəisi müavini deyib ki, qəza nəticəsində həlak olanlar və yaralananlar var: “Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb”.

İ.Mehdiyev bildirib ki, yaralılar Dövlət Sərhəd Xidmətinin Hospitalına yerləşdirilib.