HƏMAS 20 israilli girovu azad edəcək

HƏMAS 20 israilli girovu əlavə iki günlük atəşkəs üçün azad edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib.

Dünən sərbəst buraxılanların siyahıları tərəflərə təhvil verilib.

“Atəşkəsin iki əlavə günü ərzində 20 israilli girovun azad ediləcəyinə dair təsdiq var, çərşənbə axşamı azad ediləcəklərin siyahısı münaqişə tərəflərinə təhvil verilib. Qəzza zolağında daha nə qədər girov qalıb, bizdə belə bir məlumat yoxdur”, – əl-Ənsari bildirib.

Azpost.info

Əvvəlki məqalə

Yer kürəsində orta temperatur 1.5 dərəcədən də çox arta bilər

Sonrakı məqalə

AQTA- dönərxanalarda plandankənar yoxlamalar aparıb