HƏMAS ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşıb

HAMAS ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəslə bağlı təklifi ilə razılaşıb.

APA xəbər verir ki, bu barədə qrupa yaxın Fələstin rəsmisi Reuters-ə bildirib.

Qeyd edilib ki, on girovun azad edilməsini və 70 günlük atəşkəsin nəzərdə tutulduğu yeni təklif vasitəçilər vasitəsilə HAMAS tərəfindən qəbul edilib.

“Təklif 70 günlük atəşkəs və Qəzza zolağından qismən geri çəkilmək müqabilində HAMAS-ın iki qrupda saxladığı on sağ israilli girovun azad edilməsini ehtiva edir”, – mənbə bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.